Rusiya Avropadan Minsk anlaşmasının şərtlərinin icrasında əməkdaşlıq etməsini istədi
Mart 27, 2017 20:54 Asia/Baku
Rusiya xarici işlər naziri Avropa ölkələrindən istəyib ki, bu ölkəilə Ukrayna arasında ələ olunmuş "Minsk2" anlaşmasının icrasında əməkdaşlıq etsinlər.
İRİB-nin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada İtaliya xarici işlər naziri Ancelino Alfano ilə görüşdə deyib: Rusiya Avropalı şəriklərindən "Minsk2" anlaşmasının gerçəkləşməsi üzrə daha artıq səy göstərmələrini gözləyir.
Lavrov Ukraynanın hazırkı durumundan nigaranlıq edərək, Avropanın Rusiya ilə əməkdaşlıq etməsinin Ukraynada vəziyyətin yaxşılaşmasına kömək edəcəyini bildirib.
Lavrov həmçinin ümidvarlıq edib ki, Mosul şəhəri tez bir zamanda İŞİD-in işğalından azad edilsin.