Suriya böhranı üçün üçtərəfli həll yolu: İran, Rusiya və Türkiyə əməkdaşlığı
Rusiya xarici işlər naziri İran, Rusiya və Türkiyənin Suriya böhranı üçün həll yolunun tapılmasında əməkdaşlıq etməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Sergey Lavrov bazar ertəsi günü deyib: Tehran, Moskva və Ankara Astana iclaslarında əldə edilmiş anlaşmalar əsasında Suriyada böhranın həll edilməsində əməkdaşlıq edirlər.
Rusiya xarici işlər naziri daha sonra deyib: ABŞ və Qərbin davranışları Suriyada böhranın dərinləşməsinə səbəb olub.
Lavrovun dediyinə görə, bütün tərəflər Suriyada terrorizm ilə mübarizəni əsas prioritet olaraq qəbul etməli və bu ölkədə geo-siyasi üstünlük qazanmağa çalışmamalıdır.
Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə Astanada baş tutan bir neçə dövr müzakirələr Suriyada atəşkəsin bərqərar edilməsi və daha sonra dövlət ilə müxalifləri arasında birbaşa müzakirələrin aparılması ilə nəticələnib.