Mart 29, 2017 10:49 Asia/Baku
  • Britaniyanın AB-dən çıxması prossesinə rəsmən start verilib
    Britaniyanın AB-dən çıxması prossesinə rəsmən start verilib

Britaniyanın baş naziri Avropa Şurasının sədrinə məktub ünvanlayaraq Lissabon müahidəsinin 50-ci maddəsinin qüvvəyə minməsi və bu ölkənin Avropa Birliyindən çıxması üzrə müzakirələr prossesinin başlanmasını istəyib.

İRİB-in verdiyi məlumata görə, Terza Minin məktubu Britaniyanın Avropa Şurasındakı nümayəndəsi bu gün şuranın sədri Donald Toska təqdim edəcək.

Ekspertlərə görə, Britaniya Avropa Birliyindən çıxmaq istəyən ilk ölkə olaraq, bu istiqamətdə uzun-uzadı və mürəkkəb prossesi keçməlidir və Brexit bu ölkənin siyasi, iqtisadi və ictimai atmosferində qaranlıq durum yaradıb. 

Britaniya hökumətinin qəbul etdiyi layihəyə görə, iki tərəf 30 ayadək razılığa gəlməlidir. 

AB rəsmiləri bildiriblər ki, Avropa Birliyindən çıxmaq ərizəsinin rəsmən təqdim olunmasından bir ay sonra birliyə üzv olan 27 ölkənin başçıları bu ərizənin müxtəlif cəhətlərini və prossesin necə həyata keçməsi məsələsini araşdırmaq üçün xüsusi iclas keçirəcək və bu xüsusda öz mövqelərini bildirərək müvafiq siyasətləri müəyyənləşdirəcəklər. 

Britaniya xalqının 51.9 faizi ötən il iyun ayında keçirilən rəy sorğusunda bu ölkənin AB-dən çıxmasına səs verdilər amma səsləri araşdırdıqda məlum olur ki, daha çox İngiltərə və Velz əhalisi AB-dən çıxmağa səs veriblər və Şotlandiya əhalisinin 62 faizi Şimali İrlandiya əhalisinin isə 56 faizi birlikdə qalmağın tərəfdarıdır. 

Bu rəy sorğusunun nəticələri Şotlandiyanın yerli hökumətinin bu ərazilərin Britaniyadan ayrılması üçün referendum keçirilməsi qərarına gəlməsi ilə nəticələndi, bu isə Britaniya dövlətini ciddi nigaran edib. 

Bununla belə və Britaniya dövlətinin Şotlandiyadakı ayrılmaq meyillərinə təsir etmək cəhdlərinə rəğmən dünən Şotlandiya parlamenti Britaniyadan ayrılmaq üçün referendumun keçirilməsi ilə razılaşaraq, Şotlandiya rəhbərlərinə bu xüsusda Londonla müzakirə icazəsi verib. 

Teqlər