Ağ ev qarşısında etiraz aksiyası
-
Ağ ev qarşısında etiraz aksiyası
Ətraf mühiti mühafizə tərəfdarlarından ibarət bir qrup ABŞ prezidentinin yeni fərmanına qarşı Ağ ev qarşısında etiraz aksiyası keçirib.
Röytersin verdiyi məlumata görə, etirazçılar ABŞ prezidenti Donlad Trampı yerin istiləşməsi ilə mübarizə səylərindən uzaqlaşmaqda ittiham ediblər.
ABŞ prezidenti yeni fərman imzalayaraq, keçmiş hökumətdə iqlim dəyişikliyi ilə qarşılaşmaq üzrə tətbiq etdiyi məhdudiyyətlərin bir hissəsini ləğv edib.
Etirazçılar əllərində plakartlar tutaraq, Trampın yeni siyasətlərinin anti-bəşəri olduğunu, ölüm və çirklənmə ilə nəticələnən siyasətin anti-Amerika olduğunu bildiriblər.
Trampın yeni fərmanı ABŞ-ın daş yanacaqdan istifadəyə qoyduğu məhdudiyyətlər və yerin istiləşməsi ilə mübarizə siyasətlərini görməməzliyə vurur.
Tramp seçki kampaniyası dövründə demişdi ki, daş yanacaqdan istifadəyə məhdudiyyət və yerin istiləşməsi ilə mübarizə siyasətləri iqtisadi inkişafa mene olur və Çin kimi ölkələrə bac vermək kimidir.