BMT terrorizmi islama aid edən fırıldaqçı siyasətçiləri tənqid edib
-
BMT terrorizmi islama aid edən fırıldaqçı siyasətçiləri tənqid edib
Birləşmiş Millətlər Təşkilatı terrorizmi islama aid edən aldadıcı siyasətçiləri tənqid edib.
İRNA-nın verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş bu gün İordaniyada Ərəb Liqaasına üzv ölkələrin 28-ci sammit iclasının açılış mərasimində etdiyi çıxışında deyib: Dünyanın bəzi ölkələrinin rəhbərləri terrorizmi islama aid etməyə çalışırlar.
Quterreş bəzi inkişaf etmiş ölkələrin öz sərhədlərini didərginlərin üzünə bağlamalarından təəssüfləndiyini bildirərək həmin ölkələrin miqrantlar qarşısında öz üzərlərinə götürdükləri öhdəliklərinə sadiq qalmalarını istəyib.
BMT-nin baş katibi bu təçkilatın davamlı sülhün bərqərar olunması üçün Ərəb Liqası ilə əməkdaşlığa hazır olduğunu bildirərək deyib: Artıq Suriyadakı durumu qaydasına salmağın vaxtı gəlib çatıb.
Quterreş Suriya böhranının həlli üzrə Cenevrə müzakirələrinin konkret nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu bildirərək, davamlı siyasi həll yoluna nail olmaq üçün toqquşmaların dayandırılmasını vurğulayıb.
BMT baş katibi bu təşkilatın sionist rejimin İordan çayının qərb sahilində qeyri-qanuni qəsəbə salma planlarına qarşı mövqeyinin davam etdiyini vurğulayaraq deyib: Müstəqil Fələstin ölkəsinin yaradılmasından başqa hər hansı versiya toqquşmalar və de-stabilliyin davam etməsi ilə nəticələnəcək.
Ərəb Liqasının 28-ci sammit iclası bu gün İordaniyanın Bəhrül-Məyyit bölgəsində öz işinə başlayıb.