Mart 30, 2017 11:19 Asia/Baku
  • Lavrov: Rusiyanın Amerika seçkilərində müdaxiləsi iddiası əsassızdır
    Lavrov: Rusiyanın Amerika seçkilərində müdaxiləsi iddiası əsassızdır

Rusiyanın xarici işlər naziri deyib: Rusiyaya qarşı bu ölkənin ABŞ-ın daxili işlərinə xüsusiylə 2016-cı il prezident seçkilərinə müdaxiləsi barədə irəli sürülən ittihamlar tamamiiylə əsassızdır.

İRİB-in verdiyi məlumata görə, Sergey Lavrov dünən Amerikada çıxan Nəşnal İnterest qəzetinə verdiyi müsahibədə deyib: Amerikada prezident seçkiləri kampaniyasında Rusiyaya qarşı ittihamlar vasitə kimi istifadə olundu. 

Lavrov Moskvaya qarşı ittihamların rusiyafobiya vasitəsi olduğunu bildirərək deyib: Amerikanın Demokrat partiyası bu kimi ittihamları şişirtməklə bu partiyanın xalq arasındakı imicini artıracağını təsəvvür edirdi. 

Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi mövzusu Tramp ilə onun seçki rəqibi Hillari Klinton arasında seçki rəqabətləri dövründə böyük qalmaqala səbəb oldu. 

Bu məsələ Trampın Amerikanın Rusiyaya yaxınlaşması barədəki mövqelərini nəzərə alaraq daha da münaqişəli mövzuya çevrildi. 

 

Teqlər