Rusiya Yəmən faciələri qarşısında susduğuna görə, ABŞ-ı tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i264172-rusiya_yəmən_faciələri_qarşısında_susduğuna_görə_abŞ_ı_tənqid_edib
Rusiya Xarici İşlər Nazirliyi Yəmən faciələri qarşısında susduğuna görə, ABŞ-ı tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 08:49 Asia/Baku
  • Rusiya Yəmən faciələri qarşısında susduğuna görə, ABŞ-ı tənqid edib
    Rusiya Yəmən faciələri qarşısında susduğuna görə, ABŞ-ı tənqid edib

Rusiya Xarici İşlər Nazirliyi Yəmən faciələri qarşısında susduğuna görə, ABŞ-ı tənqid edib.

IRNA xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı günü deyib: Ərəbistanın Yəmənə qarşı iki il davam edən hücum və bombardmanlarına rəğmən, Ağ Ev bu faciə qarşısında sükut edibdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Dünya ictimaiyyətinin vəzifəsi, Yəməndə ehtimal olunan hər cür məqsədlə hər cür hərbi addımın tez bir zamanda dayandırılmasına səy göstərməkdir.

Ali-Səud rejimi 2015-ci ilin martından ABŞ-ın və regiondakı bəzi ərəb ölkələrinin dəstəklərilə Yəmənə hücum etdi ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarsın.

Ərəbistanın Yəmənə qarşı hücumları 38 mindən çox insanın ölməsi və yaralanmasına, eləcə də qadın və uşaqlar xüsusiyyət təşkil etməklə milyonlarla yəmənli mülkinin didərgin düşməsi və infrastrukturların dağılmasına bais olub.