Tramp büdcə kəsrini azaltmaq üçün iki fərman imzaladı
https://azeri.sahartv.ir/news/dünya-i264260-tramp_büdcə_kəsrini_azaltmaq_üçün_iki_fərman_imzaladı
ABŞ prezidenti icra xarakterli iki fərman imzalayaraq, büdcə kəsrinin azaldılmasına çalışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2017 06:15 Asia/Baku
  • Tramp büdcə kəsrini azaltmaq üçün iki fərman imzaladı

ABŞ prezidenti icra xarakterli iki fərman imzalayaraq, büdcə kəsrinin azaldılmasına çalışıb.

CNN telekanalının verdiyi məlumata görə, Donald Tramp cümə günü ABŞ-ın ticarət kəsrini azaltmaq üçün icra xarakteri daşıyan 2 fərman imzalayıb. Əsas məqsəd milli istehsalı himayə etmək və ucuz qiymətə olan xarici məhsulların ölkəyə girişini önləmək olub. 

Tramp Ağ Evdə, yeni fərmanların imzalanması mərasimində deyib: Xarici məhsulların idxalına iri vergilər tətbiq ediləcək və qanunu pozanlar ilə ən ağır şəkildə rəftar ediləcək. 

Analitiklər Trampın bu iki qərarının ABŞ-ın ticarət şərikləri ilə əlaqələrində dönüş nöqtəsi ola biləcəyinə inanırlar.