Çin ABŞ-dan istəyib ki, beynəlxalq ticarət qanunlarına hörmət etsin
https://azeri.sahartv.ir/news/dünya-i264360-Çin_abŞ_dan_istəyib_ki_beynəlxalq_ticarət_qanunlarına_hörmət_etsin
Çin ABŞ prezidentinin iki yeni fərmanına reaksiyada Vaşinqtondan istəyibdir ki, beynəlxalq ticarət qanunlarına hörmət etsin və digər ölkələrlə həmkarlığı yaxşılaşdırsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2017 09:30 Asia/Baku
  • Çin ABŞ-dan istəyib ki, beynəlxalq ticarət qanunlarına hörmət etsin
    Çin ABŞ-dan istəyib ki, beynəlxalq ticarət qanunlarına hörmət etsin

Çin ABŞ prezidentinin iki yeni fərmanına reaksiyada Vaşinqtondan istəyibdir ki, beynəlxalq ticarət qanunlarına hörmət etsin və digər ölkələrlə həmkarlığı yaxşılaşdırsın.

Röyters-in məlumatına görə, Çin Ticarət Nazirliyinin sözçüsü dünən gecə bildirib ki, Amerikanın hər cür ticari tədbirləri beynəlxalq ticarət üzrə qəbul olunmuş külli qanunlarla uyuşmalı və iki ölkə arasındakı ticarət fərq və ixtilafları münasib şəkildə həll olunmalıdır.

O, əlavə edib: Çin bərabərlik və ikitərəfli maraqlar prinsipi əsasında Amerika ilə əməkdaşlığa malik olmaq istəyir.

Donald Tramp cümə günü Amerikanın büdcə kəsirinin səbəb və amillərini aydınlaşdırmaq məqsədilə iki fərman imzalayıb.

O, bu fərmanlarda Amerikanın hökumət aparatından istəyibdir ki, qanunlarda saxtakarlıq edən ölkələri aşkar etsin.

Bu fərmanlarda əsas məqsəd, Çin və Avropa ölkələridir.

Tramp cümə axşamı günü Floridada Çin prezidenti Si Tszinpin-i qəbul etməlidir

Ticarət məsələləri, Koreya yarımadasının vəziyyəti və Pekinin Cənubi Çin dənizindəki hərəkətləri iki ölkə başçısının nəzərdən keçirəcəyi mühüm mövzulardan olacaq.