Rusiya ABŞ ilə əlaqələri soyuq müharibə dövründən də pis adlandırıb
Rusiya prezidentinin sözçüsü bu ölkə ilə Amerika arasındakı hazırkı əlaqələri soyuq müharibə dövründən də pis adlandırıb.
Russiya Today xəbər agentliyinin məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dünən Amerikanın "ABC News" kanalı ilə müsahibədə deyib: Amerika medialarında Rusiyaya qarşı geniş təbliğat kampaniyası səbəb olub ki, amerikalılar hər bir yerdə rus hakerlərin izlərinin ardınca olmuş olsunlar.
Peskov Amerikada aparılan anti-rus təbliğatda ən mühüm hədəfi, bu ölkənin ümumi fikri adlandırıb və bir daha Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsinə dair ittihamı rədd edib.
Rusiya prezidentinin sözçüsü vurğulayıb ki, bu ölkənin prezidenti Vladimir Putin mütləq şəkildə ABŞ prezidenti Donald Trampı həmin ölkənin digər prezidentlərindən üstün saymır, lakin bu arada irəli sürülən məsələ, bir şəxsin ideyalarının Rusiyadakı ümumi fikrə yaxın olmasıdır.
Barak Obamanın Amerikadakı prezidentliyi dövründə Vaşinqton ilə Moskva arasındakı əlaqələr özünün ən aşağı həddinə enibdir.