Rusiyada matəm elan edildi
https://azeri.sahartv.ir/news/dünya-i264510-rusiyada_matəm_elan_edildi
Rusiya hökuməti Sankt Peterburqda terror aktının törədilməsi zamanı həlak olanların xatirəsinə ölkə səviyyəsində 3 gün matəm elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2017 05:28 Asia/Baku
  • Rusiyada matəm elan edildi
    Rusiyada matəm elan edildi

Rusiya hökuməti Sankt Peterburqda terror aktının törədilməsi zamanı həlak olanların xatirəsinə ölkə səviyyəsində 3 gün matəm elan edib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya hökuməti ümumi matəmin aprelin 4-dən başlanacağını bildirib. 

Sankt Peterburqda bir metro stansiyasında törədilən terror aktı zamanı 10 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Hadisə metro stansiyasında qatar vaqonlarından birində 2 partlayışın törədilməsi ilə baş verib.