Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdindən bəri 250 min nəfər həbs edilib
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini ötən ilki dövlət əleyhinə uğursuz çevriliş cəhdindən bəri 250 min nəfərin həbs edildiyini bildirib.
Öztürk Yılmaz Əl-Aləm kanalına verdiyi müsahibədə deyib: Türkiyə hökuməti 15 iyul 2016-cı il tarixində dövlət çevrilişinə uğursuz cəhdin ardınca bütün müxaliflərini əzməyə səy göstərib. Çünki, öz siyasətləri ilə hansısa müxalifətə qarşı dözümlülük nümayiş etdirmək istəmir.
Öztürk Yılmaz əlavə edib: Türkiyə hökuməti indi bütün mediaları və informasiya vasitələrini öz nəzarəti altına alıb və az saylı müxalifət mediası da bağlanmaq təhlükəsi ilə üz-üzədir.
Türkiyə medialarının bildirdiklərinə görə, ötən ilki dövlət çevrilişinə uğursuz cəhd zamanından bəri 125000-dən çox dövlət qulluqçusu Gülən hərəkatı ilə əlaqəyə malik olmaq ittihamı ilə tutduğu vəzifədən azad edilib və təqribən 40 min hərbçi, polis əməkdaşı və ədliyyə sistemi işçisi həbs edilib.