Sankt-Peterburq terror aktı; Qərbə uzanan barmaq izləri
Rusiyanın Sankt-Peterburq şəhərində metro stansiyasında törədilən terror aktının arxasında Qərbin xüsusi xidmət orqanlarının olduğu iddia edilir.
Dünən Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. Bu terror aktında 50-dən çox insanın da yaralandığı bildirilir. Bu gün də naməlum bir şəxs tərəfindən telefon vasitəsi ilə metro stansiyalarından birində bombanın olması ilə bağlı bildirişin daxil olmasının ardınca, metro stansiyası boşaldılıb. Rusiya polisi isə hadisəni törədənlərin kimliyini araşdırmaqla məşğul olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin də bu gün səhər hadisə yerinə olaraq, partlayışda həyatını itirənlərin xatirəsini hörmətlə yad edib.
Araşdırmaların ilkin nəticəsinə görə Sankt-Peterburqda baş verən partlayış əslən Mərkəzi Asiyadan olan bir şəxs tərəfindən törədilib və təhlükəsizlik orqanları həmin şəxsin kimliyini müəyyən etməyə nail olublar.
Hadisənin şahidi:
Biz oturmuşduq. Birdən arxadakı vaqonda partlayış baş verdi. Sonra hər tərəfi qatı tüstü dumanı bürüdü.
Dünən yerli vaxtla saat 14:20 dəqiqədə Sankt-Peterburq şəhər metrosunda əhalinin izdihamlı olduğu stansiyaların birində partlayış baş verir və ilkin məlumatlarda 11 nəfərin həyatını itirdiyi, onlarla nəfərin isə yaralandığı bildirilir.
Hadisənin şahidi:
Doğurdan da çox dəhşətli idi və baş verənlərə görə çox təəssüf edirəm.
Hadisənin ardınca Rusiya hökuməti ictimai məkanlarda təhlükəsizlik tədbirlərini xeyli artırıb. Bəzi ehtimallara görə, Sankt-Peterburqda baş vermiş hadisənin arxasında qərbin xüsusi xidmət orqanları dayanır.
Hadisənin şahidi:
Bu bir faciə idi və biz hadisə qurbanları və yaralılar üçün dua etməliyik.
Sankt-Peterburq hadisəsinin ardınca Rusiya rəsmilərinin terrorçular və onların himayədarları ilə mübarizədə daha qətiyyətli addım atacaqları ehtimal olunur.