İŞİD: Tramp kimi bir axmaq ABŞ-ı idarə edir
-
İŞİD: Tramp kimi bir axmaq ABŞ-ı idarə edir
İŞİD terror qruplaşması çərşənbə axşamı günü bildirib: ABŞ qərq olmaqdadır və bir axmaq tərəfindən idarə olunur.
Röytersin məlumatına görə, İŞİD terror qruplaşmasının sözçüsü Əbi əl-Həsən əl-Mühacir bu qruplaşmanın ABŞ prezidenti Donald Trampa ilk rəsmi reaksiyasını bildirib: ABŞ iflasa uğramış bir ölkədir və bu ölkənin ölüm nişanələri hamını gözü ilə müşahidə olunur.
Əbi əl-Həsən əl-Mühacir əlavə edib: Artıq bundan da aydın nişanə yoxdur ki, Amerikaya bir axmaq hakimdir və Suriya ya İraqın nə olduğunu bilmir.
İŞİD terror qruplaşmasının sözçüsü bu sözləri səs yazısında elan edib və Teleqram ictimai şəbəkəsi ilə yayımlanıb.
İŞİD terror qruplaşmasının ABŞ-ı özünə düşmən adlandırması ilə yanaşı qeyd edək ki, sabiq dövlət başçısı Con Kerrinin dediyinə görə, Vaşinqton Suriyada Bəşşar Əsəd hökumətinin dəyişilməsi üçün yaradıb və onu silahlandırıb.