Sankt-Peterburqda bir neçə terrorçu saxlanılıb
-
Sankt-Peterburqda bir neçə terrorçu saxlanılıb
Rusiyanın təhlükəsizlik xidmətləri Sankt-Peterburq şəhərində Mərkəzi Asiyada 6 miqrantı terror qrupları ilə əməkdaşlıq ittihamı ilə saxlayıblar.
Russia Today-ın məlumatına görə, Rusiya təhlükəsizlik xidmətləri çərşənbə günü Sankt-Peterburq şəhərində Mərkəzi Asiyadan 6 miqrantı saxlayıblar. Bu şəxslər terror qrupları, o cümlədən İŞİD-lə əlaqədə şübhəli bilinirlər.
Rusiya təhlükəsizlik rəsmilərinin dediyinə görə, saxlanılan şəxslər barəsində araşdırma başlayıb.
Bu araşdırma İŞİD üçün yeni qüvvələrə təlim keçməkdə şübhəli bilinən Mərkəzi Asiyadan 6 miqrantın həbs olunması ardınca başlanıb.
Bu araşdırmaya əsasən Mərkəzi Asiya vətəndaşları olan bu şəxslər 2015-ci il noyabr ayından Sankt-Peterburqda işləməyə başlayıblar.
Rusiya təhlükəsizlik rəsmiləri bu şəxslərlə Suriyada onların terrorçu əlbirləri arasında qurulmuş əlaqəni diqqətlə araşdıracağını və detallar müəyyənləşənə qədər öz araşdırmasını davam etdirəcəyini bildiriblər.
Rusiya dövlət rəsmiləri 14 nəfərin həlak olması, 50 nəfərin yaralanması ilə nəticələnən Sankt-Peterburq şəhərində metro stansiyasında terror aktı törədildikdən sonra ölkədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.