Apr 06, 2017 12:38 Asia/Baku
  • Tramp bir daha ƏMTP-nın ən pis razılaşma olduğunu deyib
    Tramp bir daha ƏMTP-nın ən pis razılaşma olduğunu deyib

Amerika prezidenti İran İslam Respublikasına qarşı düşmən siyasətinin davamında dünən Ağ evdə İordaniya kralı ikinci Abdullah ilə birgə mətbuat konfransında Əhatəli Müştərək Təşəbbüs Proqramının çox pis razılaşma olduğunu bildirərək deyib: Belə bir razılaşma reallaşmamalı idi.

İSNA-nın verdiyi məlumata görə, Donald Tramp daima ƏMTP-nın digər tərəfləri olan Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa Birliyinin mövqlərinə zidd mövqe sərgiləyərək bildirmişdir ki, bu razılaşma indiyədək şahidi olduğu ən pis razılaşmadır. 

Tramp ABŞ-da prezident seçkiləri kampaniyası dövründə də ƏMTP-ni faciə, dünyanın ən pis razılaşması adlandırmışdı və Ağ evə girəcəyi təqdirdə onu cıracağını vəd etmişdi. 

Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa Birliyi etiraf edirlər ki, İran İslam Respublikası daima özünün bu razılaşma əsasında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirib amma amerikanlar bu beynəlxalq razılaşmanı əngəlləməyə çalışmışlar. 

AB-nin xarici siyasət üzrə koordinatoru Federika Moqerini son vaxtlar ƏMTP-nin beynəlxalq ictimaiyyətə aid olduğunu vurğulayaraq deyib: Bu iki tərəfli razılaşma deyil ki ona hansı sa dəyişiklik etmək mümkün olsun. 

Teqlər