Apr 06, 2017 16:53 Asia/Baku
  • Tennessi ştatında etiraz aksiyaları
    Tennessi ştatında etiraz aksiyaları

Amerikanın şərqində yerləşən Tennessi ştatının Memfis şəhərində əhali əmək haqlarının artırılması və ölkədə bütün vətəndaşlar üçün bərabər hüququn təmin olunması tələbi ilə aksiya keçirib.

PressTv-nin verdiyi məlumata görə, nümayişçilər dünən əllərində daşıdıqları plakartlar üzərində ölkədə irqçiliyi pisləyən şuarlar yazıblar və əmək haqlarının artırılmasını istəyiblər. 

"Qaradərilinin canı önəmlidir" və " 15 dollar üçün müharibə" adlı hərəkatların fəalları bu aksiyanı təşkil ediblər. 

Aksiya 1929-1968-ci illərdə amerikalıların ictimayi hərəkatının rəhbəri olmuş Afrika əsilli Martin Luter Kinqin terror edilməsinin 49-cu ildönümü günündə təşkil olunub. 

Cen Forvard müəssisəsinin keçirdiyi rəy sorğusunun nəticələri göstərir ki, afrikalı-amerikalı gənclərin üçdə ikisi və latınların yarısı ABŞ polisinin zorakılığına məruz qalıblar. 

Teqlər