Apr 07, 2017 13:01 Asia/Baku
  • Venesuelada etirazlar genişlənib
    Venesuelada etirazlar genişlənib

Venesuela bir daha hökumət tərəfdarları və müxaliflərinin aksiyasının şahidi olub.

Ötən günlərdə Venesuelada prezident tərəfdarları və müxaliflərinin aksiyalar keçirməsi ilə bir çox insidentlərin yaşanması təhlükəsi artıb. 

Müxaliflər paytaxt Karakasın bir çox bölgəsində aksiya keçirib. 

Venesuelanın anti-üsyan polisi də şəhərin əsas yollarını bağlamaqla etirazların genişlənməsinə mane olub. 

Digər tərəfdən hökumət müxalifləri bu ölkə Ali Məhkəməsinin hakimlərinin kənarlaşdırılması layihəsini təsdiqləyiblər. Bu təsdiqin yekunlaşmaq üçün yüksək şansı yoxdur. 

Venesuela Ali Məhkəməsi bundan öncə parlamentin səlahiyyətlərini ləğv edib. Amma genişmiqyaslı etirazlardan sonra öz qərarından geri çəkilib. 

Teqlər