Apr 07, 2017 13:12 Asia/Baku
  • Terrorizmin müdafiəçiləri ABŞ-ın Suriyaya hücumunu dəstəkləyib
    Terrorizmin müdafiəçiləri ABŞ-ın Suriyaya hücumunu dəstəkləyib

ABŞ-ın Suriyaya qəfil raket hücumu terrorizmin beynəlxalq dəstəkçiləri tərəfindən müsbət qarşılanıb.

Suriya hökuməti müxalifət koalisiyasının ABŞ-ın Suriyaya raket hücumunu müsbət qarşılamasından əlavə, Suriyada terror qruplarının yaradılması və genişləndirilməsində rolu olan Britaniya, Avstraliya, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, həmçinin sionist rejim bu hücumu dəstəkləyiblər. 

ABŞ ötən gecə Suriyanın Homs vilayətində əl-Şəirat hava bazasına 59 ədəd Tamahak raketi atıb. 

Bu raket hücumu BMT Təhlükəsizlik Şurası və ABŞ Konqresinin icazəsi olmadan və Birləşmiş Ştatların Aralıq dənizindəki hərbi dəniz donanmasından İdlib vilayətində Xan Şeyxuna kimyəvi hücum bəhanəsi ilə həyata keçirilib. 

Halbuki Suriya hökuməti kimyəvi silahdan istənilən istifadəni rədd edib. 

Suriya ordusu Homs vilayətinin şərqində İŞİD terror qruplaşması və vilayətin şimalında Ən-Nüsrə Cəbhəsi terror qruplaşması ilə mübarizə aparır. 

ABŞ-ın Suriyaya raket hücumu BMT Təhlükəsizlik Şurasının Suriyanın İdlib vilayətində kimyəvi hadisənin araşdırılması üzrə iclasından və təklif olunan qətnamələr haqda səsvermənin baş tutmamasından sonra həyata keçirilib. 

Bu hücum ABŞ Konqresinin təsdiqi olmadan həyata keçirilib. Və ABŞ Konqresinin bir qrup Demokrat konqresmeni hücumdan öncə Suriya hərbi hücumun ehtimalı haqda bu ölkə prezidenti Donald Trampa xəbərdarlıq ediblər ki, bu barədə istənilən addım Konqresin təsdiqinə ehtiyaclıdır. 

Suriya quruluşunu devirmək məqsədini izləyən terrorizmi dəstəkləyən ölkələr bu hücumun mənfi nəticələrini nəzərə almadan ABŞ-ın yeni hökumətinin bu hərəkətini alqışlayıb və bu hücumu Suriyaya münasib cavab kimi qiymətləndiriblər. 

Qarşısında, bu hücum ABŞ daxilində vətəndaşlar və Demokratların nümayəndələri tərəfindən pislənilməkdən əlavə, dünya səviyyəsində ölkələr Trampın təcavüzkar hərəkətini qınayıblar. 

Rusiya və Boliviya ABŞ-ın Suriyaya hərbi hava hücumunun araşdırılması üçün Təhlükəsizlik Şurasının dərhal iclas keçirməsini istəyiblər. 

Rusiya prezidenti Vladimir Putin də Birləşmiş Ştatların Suriyaya hücumunu bu ölkənin hakimiyyətinə təcavüz və dünyanın ümumi fikrini İraqda çoxlu sayda sivilin qətlə yetirilməsindən yayındırmağa cəhd adlandırıb. 

Putin xəbərdarlıq edib ki, terrorçuların kimyəvi silahlardan istifadəsinə tam göz yummaq bütün Suriyada vəziyyəti mürəkkəbləşdirir. 

Həmçinin Rusiya Dövlət dumasının Təhlükəsizlik Komissiyası ABŞ-ın Suriyaya hücumunun terrorizmlə mübarizə prosesini zəiflədəcəyini bildirib. 

İsveçin BMT-dəki nümayəndəsi də ABŞ-ın Suriyaya hərbi hücumu və onun mənfi nəticələri haqda nigaranlıq edib. 

Fransa prezident seçkilərində radikal sağçı namizəd Marin Lö Pen də Tramın xarici siyasətlərini tənqid atəşinə tutub: ABŞ prezidenti beynəlxalq polis rolunu oynayır. 

Teqlər