İsveç ABŞ-ın Suriyaya qarşı hücumdakı yalan bəhanəsini vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i264956-İsveç_abŞ_ın_suriyaya_qarşı_hücumdakı_yalan_bəhanəsini_vurğulayıb
İsveçin BMT-dəki daimi nümayəndəsi bildirib ki, Amerikanın Suriyaya qarşı raket hücumunun dəlili 2003-cü ildə İraqa hücum bəhanəsi kimi yalan olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2017 05:13 Asia/Baku
  • İsveç ABŞ-ın Suriyaya qarşı hücumdakı yalan bəhanəsini vurğulayıb
    İsveç ABŞ-ın Suriyaya qarşı hücumdakı yalan bəhanəsini vurğulayıb

İsveçin BMT-dəki daimi nümayəndəsi bildirib ki, Amerikanın Suriyaya qarşı raket hücumunun dəlili 2003-cü ildə İraqa hücum bəhanəsi kimi yalan olubdur.

IRIB-nin məlumatına görə, İsveçin BMT-dəki daimi nümayəndəsi Ulf Skoç ABŞ-ın Suriyaya qarşı son hərbi hərəkətlərindən nigarançılıq edərək, onu Amerika və İngiltərə hökumətlərinin 2003-cü ildə İraqda kütləvi qırğın silahları barədəki yalanları və bəhanələrilə müqayisə edibdir.

2003-cü ildə İraqın kütləvi qırğın silahlarından təftiş üçün BMT komissiyasına sədrlik etmiş isveçli diplomat Hans Bliks o zaman bildirmişdi ki, İraqın kütləvi qırğın silahları yoxdur və bu orqan İraq torpağında bir şey tapmayıbdır.

Amerika və İngiltərə hökumətləri o zaman iddia etmişdilər ki, İraqın kütləvi qırğın silahlarını gizlətməsi barədə dəqiq informasiyalara malikdirlər.