ABŞ-ın Suriyaya raket hücumu ictimai etirazlara səbəb olub
-
ABŞ-ın Suriyaya raket hücumu ictimai etirazlara səbəb olub
Nyu-York, Çikaqo və London şəhərləri bu gün ABŞ-ın Suriyaya raket hücumu və İngiltərənin bu təcavüzə dəstək verməsi əleyhinə etiraz aksiyalarının şahidi olub.
Birləşmiş Ştatların Suriyaya raket zərbələri endirməsi Amerika və İngiltərədə ictimai fəallar və müharibə əleyhdarlarının kəskin etirazına səbəb olub. Nyu-York, Çikaqo və London şəhərlərində təşkil edilmiş etiraz aksiyalarında ABŞ-ın Suriyaya hücumu və İngiltərənin bu təcavüzə dəstək verməsi əleyhinə şüarlar səsləndirilib.
ABŞ-ın Suriyaya raket hücumlarının ardınca Nyu-York və Çikaqoda bu qanunsuz hərəkətə qarşı etiraz aksiyaları təşkil edilib. Aksiya iştirakçıları Ağ Evin militarist siyasətləri əleyhinə şüarlar veriblər.
İngiltərədə də müharibə və hərbi təcavüz ilə müxalif olan ictimai fəallar baş nazirlik binası önündə aksiya keçiriblər. Piket iştirakçıları ABŞ-ın Suriyaya hücumunu və İngiltərə dövlətinin bu təcavüzləri alqışlamasını qəbuledilməz adlandırıblar.
İctimai fəallar və müharibə əleyhdarları ilə yanaşı geniş xalq kütləsinin də iştirak etdiyi bu etiraz aksiyasında Suriyaya edilmiş raket hücumları və London hökumətinin bu hərbi təcavüzə dəstək verməsi əleyhinə şüarlar səsləndirilib.
Aksiya iştirakçısı:
Tramp Suriya xalqına qarşı belə bir axmaq hərəkətə yol vermək haqqına və səlahiyyətinə malik deyil. ABŞ-ın bu hərəkəti növbəti dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
Aksiya iştirakçıları ABŞ və Britaniya başçılarından İraq, Əfqanıstan və Liviya müharibələrindən dərs alaraq, Suriyanın yaxasından əl çəkmələrini istəyiblər.
Aksiya iştirakçısı:
Suriya artıq bir neçə ildir ki, müharibənin şahididir və bu hücum Suriya böhranının həllinə heç bir kömək etməyəcək. Əksinə müharibə odunun alovlanmasına səbəb olacaq.
“Müharibə və qırğınları dayandırın” şüarı səsləndirən aksiya iştirakçıları ABŞ-ın son raket hücumlarını Suriyada yaşananlara ən axmaq və məntiqsiz reaksiya adlandırıblar.
Aksiya iştirakçıları:
Suriyada kimyəvi silahdan istifadə edən tərəfin silahlı müxalifət olduğunu bütün dünya bilir. Çünki, onlar məğlub olmaq ərəfəsində idilər və indi bu hərəkətlə Suriyaya hərbi müdaxiləyə şərait yaratmış olublar.