Lavrov: Amerikanın Suriyaya qarşı raket hücumu terrorçuların xeyrinə idi
Rusiyanın xarici işlər naziri Amerikanın Suriyadakı hərbi addımını tənqid edib və onu terrorçuların xeyrinə adlandırıb.
Russia Today-in məlumatına görə, Sergey Lavrov dünən amerikalı həmkarı Reks Tillerson ilə telefon söhbətində vurğulayıb ki, Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsi iddiası düz deyil və onun isbatı üçün heç bir fakt təqdim olunmayıbdır.
Lavrov deyib: Suriyanın İdlib vilayətinin Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücum ətraflı və bitərəf formada araşdırılmalıdır.
Rusiyanın xarici işlər naziri öz alman həmkarı Ziqmar Qabriel ilə telefon bağlantısında da Suriyanın kimyəvi silahlardan istifadə etməsinə dair bu ölkə hökumətinə qarşı irəli sürülən iddiaları əsassız adlandırıb.
Amerika Suriya hökumətinin Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücumda əlinin olması bəhanəsilə cümə günü səhər tezdən Hums vilayətində yerləşən Əlşuəyrat aviabazasına tərəf onlarla raket atdı.
Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının 2013-cü il 27 sentyabr tarixli 2118 saylı qətnaməsi çərçivəsində öz kimyəvi maddələrini kimyəvi silahların qadağan edilməsi təşkilatına təhvil verərək, bu sahədə səmərəli əməkdaşlığa malik olubdur.