Ankarada ABŞ-ın Suriyaya qarşı raket hücumunun müxalifləri aksiya keçiriblər
-
Ankarada ABŞ-ın Suriyaya qarşı raket hücumunun müxalifləri aksiya keçiriblər
Vaşinqtonun cümə günü Suriyaya qarşı raket hücumlarına etiraz edənlər Türkiyənin paytaxtı Ankarada və bu ölkənin İstanbul şəhərində aksiya keçiriblər.
Assoşieyted-Press-in məlumatına görə, aksiyaçılar dünən ABŞ-ın Ankaradakı səfirliyi önündə şüarlar verərək, bu ölkə qüvvələrinin Suriyadan və Yaxın Şərqdən çıxmalarını tələb ediblər.
Bu aksiyanı təşkil etmiş Türkiyə Vətən Partiyasının katibi Utku Reyhan Suriyanın Şuəyrat aviabazasına qarşı raket hücumuna görə Vaşinqtonu tənqid edərək, deyib: Amerika tərəfindən heç bir həll yolu təqdim olunmur və bu ölkənin gördüyü işin yeganə nəticəsi, Yaxın Şərq regionunda qan axıdılması və hərc-mərclikdir.
Reyhan əlavə edib: Suriya hökuməti və qonşu İraq və İran ölkələrinin əməkdaşlıqları ilə Suriya böhranının həlli üzərində təmərküzləşmək lazımdır.
İstanbulda da Türkiyə xalqından bir qrupu ABŞ-ın bu şəhərdəki konsulluğu önündə aksiya keçirərək, Vaşinqtonun cümə günü Suriyaya qarşı raket hücumlarını beynəlxalq qanunların pozulması adlandırıb və dünya ictimaiyyətinin bu hərəkətə münasib reaksiya verməsini istəyibdir.
Aksiyaçıların dediklərinə görə, Amerika və onun müttəfiqləri olan sionist rejim, Ərəbistan, Qətər, Türkiyə və terror qrupları Suriya ölkəsini parçalamaq niyyətindədirlər. Onlar buna bəhanə olaraq, Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücumda rəsmi Dəməşqin məsuliyyət daşıması iddiası ilə çıxış edirlər.
Amerika ordusu Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücumda rəsmi Dəməşqin əlinin olması bəhanəsilə cümə günü səhər tezdən kruz tipindən olan 59 ədəd tomahavk raketini Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına atdı.