Rusiya Koreya yarımadası haqda ABŞ-a xəbərdarlıq edib
Apr 09, 2017 18:49 Asia/Baku
-
Rusiya Koreya yarımadası haqda ABŞ-a xəbərdarlıq edib
Rusiya Federasiya Şurasının Müdafiə Məsələləri Komissiyasının sədri ABŞ-ın dəniz qoşunları eskadrasının Koreya yarımadasına göndərilməsinin nəticələri barədə xəbərdarlıq edib.
IRNA-nın məlumatına görə, Viktor Ozerov deyib: Amerika eskadrasının Koreya yarımadasına göndərilməsi Şimali Koreyanı düşünülməmiş addımlar atmağa təhrik edə bilər.
Viktor Ozerov sonra deyib: ABŞ-ın dəniz qoşunlarının bölmələri beynəlxalq müqavilələri pozmamaq təqdirində dünyanın hər bir nöqtəsində iştirak edə bilərlər, amma təhlükəsizlik nöqteyi-nəzərindən, Amerika eskadrasının Koreya yarımadası sahillərində iştirakı Şimali Koreya ilə müzakirələrin başlanması şəraitinin təmini prosesinə olduqca zərərli olacaqdır.