Apr 10, 2017 15:08 Asia/Baku
  • Amerikalılar Vaşinqtonun Suriyaya raket hücumuna qarşı çıxdı
    Amerikalılar Vaşinqtonun Suriyaya raket hücumuna qarşı çıxdı

Ən son bir rəy sorğusunun nəticələrinə əsasən amerikalıların təqribən yarısı bu ölkə hökumətinin Suriyaya raket zərbələrinin endirilməsi ilə bağlı qərarına dəstək verməyib.

"The Hill" informasiya protalı bazar ertəsi günü bir hesabat yayaraq, "Huff Post" və "You Gov" müəssisələri tərəfindən birgə şəkildə həyata keçirilmiş rəy sorğusunun nəticələrini açıqlayıb. Bu rəy sorğusunun nəticələrinə görə, amerikalıların 49%-i ABŞ prezidenti Donald Trampın Suriyaya raket zərbələrinin endirilməsi ilə bağlı qərarına qarşı çıxıb. 

Rəy sorğusunda iştirak edənlərin təqribən üçdə biri bildirib ki, ABŞ prezidentinin bundan artıq militarist addımlar atmamalı olduğunu vurğulayıb. 

Rəy sorğusunun nəticələrinə görə, respondentlərin 44%-i Suriyaya raket zərbələrinin endirilməsinin Trampın Suriya böhranı ilə bağlı daha öncə söylədiklərinə zidd olduğunu deyiblər. 

Trampın prezidentliyi dövründə ABŞ-ın Suriyaya birbaşa hərbi təcavüzü ötən cümə günü Suriyanın Şüəyrat hərbi hava bazasının 59 ədəd raket ilə hədəfə alınması ilə başlandı. 

Bu raket hücumu BMT Təhlükəsizlik Şurasının və ABŞ Konqresinin icazəsi olmadan Aralıq dənizində yerləşmiş ABŞ gəmiləri tərəfindən atılmışdı. ABŞ Suriyanın İdlib vilayətində, Xan Şeyxun məntəqəsində baş vermiş kimyəvi hücumu bəhanə edərək, belə bir təcavüzə əl atıb. 

Suriya dövləti Xan Şeyxuna edilən kimyəvi hücumla bağlı bütün ittihamları rədd edib. 

Teqlər