Amerikalı yəhudi milyarderin universiteti bağlandı
https://azeri.sahartv.ir/news/dünya-i265338-amerikalı_yəhudi_milyarderin_universiteti_bağlandı
Budapeştdə fəaliyyət göstərən amerikalı yəhudi milyarderə məxsus universitetin fəaliyyəti dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2017 13:30 Asia/Baku
  • Amerikalı yəhudi milyarderin universiteti bağlandı

Budapeştdə fəaliyyət göstərən amerikalı yəhudi milyarderə məxsus universitetin fəaliyyəti dayandırılıb.

Macarıstan prezidenti Yanos Ader bazar ertəsi günü bu ölkə parlamentinin beynəlxalq universitetlərin fəaliyyəti ilə bağlı qanun layihəsini imzalayıb və qanun qüvvəyə minib. Bu qanunun qüvvəyə minməsi ilə amerikalı yəhudi milyarder Corc Sorusa məxsus universitetin fəaliyyəti dayandırılıb. 

Yeni qanuna əsasən Mərkəzi Avropa Universitetinin də fəaliyyəti dayandırılmalıdır. Bu universitet 1991-ci ildə kommunist rejiminin süqut etməsinin ardınca təsis edilmişdi. 

Corc Sorus və onun nəzarəti altında olan təşkilatlar sabiq Sovet İttifaqı ölkələriində rəngli inqilabların başlıca amilidir. 

Rusiya hökuməti də Corc Sorusa məxsus təşkilatların fəaliyyətinə qadağa qoyub.