Apr 11, 2017 18:00 Asia/Baku
  • Qardiyan: Dünya müharibə ərəfəsindədir

İngiltərədə çıxan Qardiyan qəzeti yazır: ABŞ dövləti gərginlik siyasətini seçməklə dünyanı faciə dolu bir müharibəyə sürükləməkdədir.

Qardiyan qəzetinin yazdığına görə, ABŞ-ın Yəmən, İraq və Suriyaya olan son raket və aviasiya hücumları terrorçu İŞİD qruplaşmasını hədəfə almaq yerinə, sivil əhalini və terrorçulara qarşı savaşan qüvvələri hədəfə almış olub. 

Bu məlumata görə, ABŞ hökuməti Somali və Yəməndə savaş bölgələrini genişləndirməklə müharibənin daha geniş ərazilərə  yayılmasına səy göstərir. 

Qardiyanın yazısında həmçinin deyilir: Amerika Şimali Koreyanın nüvə proqramına güc mövqeyindən reaksiya göstərir və özünəməxsus hərbi qüdrətə malik ölkələr ilə qarşıdurmaya getməklə dünyanı fəlakətli bir müharibəyə sürükləyir. 

Teqlər