ABŞ-ın Suriyaya raket hücumunda İvanka Trampın rolu
https://azeri.sahartv.ir/news/dünya-i265342-abŞ_ın_suriyaya_raket_hücumunda_İvanka_trampın_rolu
ABŞ prezidentinin oğlu bacısının ABŞ prezidentini Suriyaya raket zərbələri endirməyə təhrik etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2017 13:35 Asia/Baku
  • ABŞ-ın Suriyaya raket hücumunda İvanka Trampın rolu

ABŞ prezidentinin oğlu bacısının ABŞ prezidentini Suriyaya raket zərbələri endirməyə təhrik etdiyini bildirib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp Deyli Teleqraf qəzetinə verdiyi müsahibədə atasını Suriyaya raket zərbələrinin endirilməsi barədə qərar qəbul etməyə bacısı İvanka Trampın razı saldığını deyib. 

ABŞ prezidentinin qızı İvanka Tramp Suriyaya raket hücumunun ardınca Tvitt hesabında atasının bu qərarını müdafiə etmişdi. 

Amerika cümə axşamı Suriyanın Şəirat hava bazasını 59 ədəd "Tamahaka" raketi ilə hədəfə alıb. Bu raket hücumu BMT TŞ-nin və ABŞ Konqresinin icazəsi olmadan, Suriyanın Xan Şeyxunda kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə  həyata keçirilib. 

Suriya hökuməti bu iddianı qəti formada rədd edib.