Apr 11, 2017 20:54 Asia/Baku
  • G7 qrupu İranın rolunu alqışladı

G7 qrupunun tərkibində yer alan dünyanın 7 ən iri sənaye ölkəsinin xarici işlər nazirləri İranın regionda siyasi həll yollarının əldə edilməsi üzrə səylərini alqışlayıblar.

İRNA-nın məlumatına görə, G7 qrupunun xarici işlər nazirləri İtaliyada baş tutan 2 günlük iclasın sonunda birgə bəyanat yayaraq, İran ilə nüvə anlaşmasını himayə etdiklərini bildirib, Tehranın regionda sülhə nail olmaq və terrorizm ilə mübarizə sahəsindəki səylərini alqışlayıblar.

G7 qrupunun xarici işlər nazirləri həmçinin, İran İslam Respublikasından istəyiblər ki, Suriya, İraq və Yəmən və digər məntəqələrdə  böhranın siyasi yolla həllinə, milli barışığa və sülhə nail olmaq üçün yardımlarını artırmaqla yanaşı terrorizm və ifratçılıq ilə mübarizədə daha artıq rol oynasın.

G7 ölkələrinin xarici işlər nazirləri həmçinin, Suriya böhranının həll edilməsi və terrorçuların məğlubiyyətə uğradılmasına Rusiyanın potensialına təkid ediblər.

G7 ölkələrinin xarici işlər nazirləri Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və milli hakimiyyət haqqının qorunmasına da təkid ediblər.

İtaliyanın şimalında yerləşən Luka şəhəri bazar ertəsindən etibarən G7 ölkələrinin xarici işlər nazirlərinin 2 günlük iclasına ev sahibliyi edib.

Amerika, Kanada, Yaponiya, Britaniya, Almaniya, İtaliya və Fransa xarici işlər nazirləri ilə yanaşı bu iclasda Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də iştirak edib. İclasda Suriya böhranı daxil olmaqla mühüm regional və beynəlxalq məsələlər araşdırılıb.

Teqlər