Apr 12, 2017 09:57 Asia/Baku
  • Ərdoğanın Türkiyə xalqının referendumda iştirakı ilə bağlı statistikası
    Ərdoğanın Türkiyə xalqının referendumda iştirakı ilə bağlı statistikası

Türkiyə prezidenti ölkə xaricində yaşayan vətəndaşların konstitusiyaya dəyişiklik üzrə referendumda iştirakının yüksək səviyyədə olduğunu bildirib.

Röyters-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı Şanlı Urfada etdiyi çıxışı zamanı deyib: Ölkə xaricinidə yaşayan Türkiyə vətəndaşlarıın referendumda iştirak səviyyəsi təqribən 50% olub. 

Türkiyə daxilində də səsvermə haqqına malik olanlar 16 apreldə konstitusiyaya dəyişiklik üzrə referendumda iştirak edəcəklər. Xalqın konstitusiya dəyişikliyinin lehinə səs verəcəyi təqdirdə, prezidentin səlahiyyətləri artmış olacaq. 

Türkiyədə konstitusiyaya dəyişikliyin edilməsi üzrə referendumun keçirilməsində məqsəd parlament üsul idarəsinin prezident üsul idarəsinə dəyişdirilməsidir. 

Bundan öncə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan 16 aprel referendumunda xalqın konstitusiyaya ediləcək dəyişikliyin lehinə səs verməklə, böyük bir uğura imza atacağını demişdi. 

Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu isə güc və qüdrətin bir nəfərin əlində cəmləşməsinin mənfi nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib. 

Xalqların Demokratik Partiyasının sədri də xalqı konstitusiya dəyişikliyinin əleyhinə səs verməyə çağırıb. 

Teqlər