Amerika Suriyanın şimalında mülkini qırğın etdiyini etiraf edib
ABŞ-ın Müdafiə Nazirliyi dünən etiraf edib ki, Amerikan hərbi təyyarələrinin Suriyanın şimalında İŞİD terrorçularının mövqelərinə qarşı hücumunda 18 müliki həlak olub.
FransPressin verdiyi məlumata görə, terrorçu İŞİD qrupu ilə mübarizə adı altında Suriyanın müxtəlif bölgələrinə hücum edən Amerikanın hərbi təyyarələri 3 gün öncə Əttəbəqə şəhərinin cənubunda Suriya kürdləri demokratik birliyi partiyasının mövqelərini bombalayıblar.
Amerikan hərbi təyyarələr dəfələrlə İŞİD terrorçularının Riqqə vilayətindəki mövqelərinə hücum etməkdənsə yaşayış məntəqələrini və mülki əhalini hədəfə alır. Bu hücumlarda indiyədək yüzlərlə mülki həlak olub.
Amerikan hərbi təyyarələri İraqda da mülkilərə qarşı hücumlar həyata keçirirlər, Mosula qarşı bu kimi hücumlarda indiyədək onlarla iraqlı mülki həlak olub.