Apr 14, 2017 20:55 Asia/Baku
  • Koreya Yarımadasında gərginlik yüksəlir
    Koreya Yarımadasında gərginlik yüksəlir

ABŞ mediaları peykdən çəkilmiş təsvirlər yayaraq, Şimali Koreyanın yeni bir atom bombasını sınaqdan keçirməyə hazırlaşdığını bildiriblər.

 

Bəziləri Şimali Koreyanın yeni bir ballistik raketi və ya özünün ilk hidrogen bombasını sınaqdan keçirməyə hazırlaşdığını deyirlər. Bu raket sınağı sabah, Şimali Koreya başçısının babası Kim İl Sunun anadan olmasının 105 illiyində sınaqdan keçiriləcək.

 

Şimalı Koreyanın 6-cı raket nüvə sınağına hazırlaşması ilə əlaqədar nigaranlıqların artdığı bir şəraitdə Şimali Koreyanın rəhbəri paytaxt pxenyanın boşaldılması haqda göstəriş verib.  Kim Çen İn bu qərarı Pxenyan ilə ABŞ arasında gərginliklərin artmasının ardınca verib. İnformasiya qaynaqları təqribən 600 nəfərin dərhal paytaxtdan köçürüldüyünü bildiriblər. Şimali Koreya xarici işlər nazirinin müavini Han Sunq Rel də ABŞ-ın Koreya yarımadasında gərginliyin artmasında müqəssir hesab edib.

“Bizim çox güclü önləyici nüvə qüdrətimiz var. Və əgər ABŞ təxribat etsə, biz də müharibəyə gedəcəyik. ABŞ-ın preventiv zərbəsindən sonra sakit dayana bilmərik.” – deyə Han Sunq Rel bildirib.

 

Cənubi Keroya başçıları da, bir neçə nüvə sınağının ardınca Şimali Koreya başçısı tərəfindən səsləndirilən avantürist fikirlər barədə nigaranlıq ediblər. Cənubi Koreyanın xarici işlər naziri ABŞ-ın Şimali Koreyaya önləyici zərbələr endirəcəyi barədə xəbərləri rədd edərək, Vaşinqtonun Seul ilə məsləhətləşmələr aparacağını bildirib.

 

Yunq Binq Se deyib: “Vaşinqton Şimali Koreyaya önləyici hücum etməyəcəyi və bu xüsusda birtərəfli addımlar atmayacağı barədə Seulu əmin edibdir.

 

Cənubi Koreya Parlamentinni Xarici Əlaqələr Komitəsi də iclas təşkil edərək, ABŞ-ın Şimali Koreya ilə bağlı özbaşınalıqlarından nigaranlıq edib. Komitə üzvləri ABŞ-ın Koreya Yarımadasında nüvə böhranını həll etmək üçün Cənubi Koreyanı qurban etməsindən ehtiyat edirlər. Çin də Şimali Koreya ətrafında artan gərginliyin ardınca, bu ölkə ilə sərhədlərinə 150 min qüvvə göndərməsi ilə bağlı xəbərləri təkzib və Amerikaya Pxenyana qarşı güc və zorakılıq tətbiq etməklə, problemlərin həllinə nail ola bilməyəcəyi haqda xəbərdarlıq edib.

 

Çin xarici işlər nazirliyinin sözçüsü Lu Kanq deyib: “ Pekin regiondakı problemləri həll etmək üçün hərbi gücdən istifadə ilə müxalifdir. Çin, Şimali Koreya ətrafında yaranmış böhranın həll edilməsi və Koreya Yarımadasının nüvə silahlarından təmizlənməsi üçün siyasi həll yolunun tərəfdarıdır.”

 

Şimali Koreya son zamanlar nüvə raket proqramı sahəsində çox böyük irəliləyişlərə nail olub və deyilənlərə görə, Şimali Koreya yaxın zamanlarda hətta, Amerikanı belə hədəfə ala biləcək ballistik raketlərə yiyələnəcək.

 

Teqlər