ABŞ Milli Təhlükəsizlik Agentliyi dünyada maliyyəköçürmə sistemlərinə daxil olur
"Shadow Brokers" haker qrupu ABŞ Milli Təhlükəsizlik Agentliyini dünyanın müxtəlif nöqtələrində maliyyəköçürmə sistemlərinə daxil olmaqda ittiham edib.
Press TV-nin məlumatına görə, dünən "Shadow Brokers" haker qrupu tərəfindən yayılmış sənəd və faktlar göstərir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi Yaxın Şərqdə və Latın Amerikasında banklar və maliyyə müəssisələrində maliyyəköçürmə sistemlərinə daxil olaraq bu sistemlərin istifadəçilərini təhlükəyə salıbdır.
"Shadow Brokers" haker qrupu bildirib ki, ixtiyarında olan məlumatlar ABŞ Milli Təhlükəsizlik Agentliyinin banklararası beynəlxalq telekommunikasıya cəmiyyəti olan "Suift" sisteminə daxil olduğunu göstərir.
Yayılmış sənədlərə əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyinin hakerləri Yaxın Şərqdə texnologiya xidmətləri göstərən "EastNets" müəssisəsi daxil olmaqla "Suift" sisteminin Belçikadakı iki bürosunun kompüterlərinə daxil olublar.
Belə görünür ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi Kuveyt, Dubay, Bəhreyn, İordaniya, Yəmən və Qətərdə yerləşən bir neçə bank və müəssisənin bəzi sövdələşmələrini izləyibdir.
Bu sənəd və faktlar həmçinin göstərir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi dünyanın müxtəlif ölkələrində kompüterlərdə geniş şəkildə istifadə olunan Mikrosoft(Microsoft) şirkətinin məhsullarının bir çoxunda boşluqlar taparaq, onlardan bəhrələnibdir.