Şimali Koreanın növbəti raket sınağı
Cənubi Korea ordusunun baş qərargahı bildirib ki, Pxenyan bu gün səhər növbəti raket sınağı həyata keçirib ancaq bu sınaq uğursuz olub.
Yunhap xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Korea ordusunun baş qərargahı bildirib: Şimali Korea bu ölkənin şərq sahilində yerləşən Sinpo limanından bir ədəd raket tullayıb.
Şimali Korea bu raket sınağını ABŞ prezidentinin müavini Mayk Pensin Asiyaya 10 günlük səfəri çərçivəsində bu gün Cənubi Koreanın paytaxtı Seula daxil olması ərəfəsində həyata keçirib.
Amerikan rəsmilər öncə təhrikamiz bəyanatlarla bildirmişdilər ki, Pxenyan özünün 6-cı nüvə sınağını həyata keçirəcəyi təqdirdə Amerika ordusu Şimali Koreaya hücum etməyə hazıdır.
Amerika təyyarə daşıyan hərbi donanmasını Korea yarımadasına yaxınlaşdırıb.
Şimali Korea ABŞ hərbçilərinin regiona göndərilməsini tənqid edərək Amerikaya qarşı önləyici hücumlara hazır olduğunu bildirib və Vaşinqtonun bu kimi hərəkətlərlə yarımadada sülh və təhlükəsizliyi pozduğunu və nüvə müharibəsinə şərait yaratdığını qeyd edib.