Apr 16, 2017 13:59 Asia/Baku
  • Almaniyada NATO-ya qarşı etiraz aksiyası

Almaniyada minlərlə adam NATO-ya qarşı aksiya keçirib.

İRİB-in verdiyi məlumata görə, Berlində minlərlə əhali etiraz aksiyası keçirərək Almaniyanın hərbi qüvvələrinin NATO çərçivəsində digər ölkələrdə hərbi fəaliyyətinə son qoyulmasını istəyib. 

Alman etirazçılar bu ölkə dövlətini Suriyanı İdlibə kimyəvi hücumda ittiham edən Amerikanın tərəfini saxladığına görə qınayaraq, Almaniyadan digər ölkələrə silah ixracatının məhdudlaşdırılmasını istəyiblər. 

Almaniya dövləti Suriya prezidenti Bəşar Əsədi Suriyada baş verən son kimyəvi hücumun amili kimi təqdim etdi və ABŞ-ın Suriyaya qarşı raket hücumunu dəstəklədi. Halbuki Suriya dövləti 2014-cü ildə özünün kimyəvi silah anbarını BMT nümayəndələri və kimyəvi silahları qadağan edən təşkilata təhvil verdi. 

Teqlər