Sankt-Peterbuq partlayışının amillərindən biri saxlanılıb
Rusiyanın təhülkəsizlik aparatı 3 aprel Sankt-Peterburq şəhərinin metro stansiyasında terror aktı törədənlərdən birinin həbs edilməsindən xəbər verib.
FransPressin verdiyi məlumata görə, Rusiya təhlükəsizlik aparatı dünən günörtadan sonra bildirib ki, Sankt-Peterburq şəhərinin metro stansiyasında cinayət törədənlərdən birinin adı Abror Əzimovdur o Mərkəzi Asiyadandır.
Bu məlumata görə, 27 yaşlıq Abror Əzimov, bu terror aktını törədən və kamikadze əməliyyatı zamanı ölən Əkbər Cəlilovu təlim edibmiş.
Bu ilk dəfədir ki, Rusiya rəsmiləri Cəlilovu terror aktını törədən şəxs kimi təqdim edirlər. İndiyədək Rusiya rəsmiləri Cəlilovu bombanı partladan şəxs kimi təqidm edirdilər.
Abror Əzimov dünən Moskvada yaxalanıb və istintaq üçün təhqiqat komitəsinə verilib.
14 adamın ölümü və onlarla adamın yaralanması ilə nəticələnən Sankt-Peterburq şəhərinin metro stansiyasında baş verən partlayışdan bir neçə gün sonra Rusiya məhkəmə aparatı 8 nəfəri terrorizmdə və bu terror aktında əli olmaqda ittiham etdi. Onlardan 6-i Mərkəzi Asiya ölkələrindən olub. Müttəhimlərin altısı Sankt-Peterburq, ikisi isə Moskvada yaxalanıb.