Şimali Korea həftəlik raket sınağı keçirmək istəyir
Vaşinqton ilə Pxenyan arasında böhranın gərginləşməsi ilə eyni zamanda bu ölkə diplomatlarından biri deyib: Amerikanın hədə-qorxularına etina etmədən hər həftə raket sınağı keçirmək istəyirik.
İRİB-in verdiyi məlumata görə, DeyliMİl qəzetinin internet portalının verdiyi məlumata görə, Şimali Koreanın BMT-dəki nümayəndəsinin müavini Kim İl Riunq dünən bir mətbuat konfrasnsında etdiyi çıxışında deyib: Amerikanın Şimali Koreaya qarşı hədə-qorxularının artdığını nəzərə alaraq bu ölkə hər həftə bir ədəd raketi sınaqdan keçirəcək və əgər Tramp Korea yarımadasına qarşı hərbi güc tətbiq edərsə geniş miqyaslı müharibə başlanacaq.
Şimali Korea diplomatı deyib: Amerika dünyanı müharibəyə sürükləyib və Korea yarımadasını dünyanın ən alovlu kürəxanasına çevirərək hər an nüvə müharibəsi ilə nəticələnə biləcək bir şərait yaradıb.
Son günlərdə Şimali Korea amerikan hərbçilərin regiona göndərilməsinə etiraz edib və Amerikaya qarşı önləyici hücumlara hazır olduğunu bildirib. Pxünyana görə, Amerika bu kimi hərəkətlərlə Korea yarımadasında sülh və təhlükəsizliyi təhdid edir və Vaşinqtonun bu siyasəti davam edincə Pxenyan da özünün hərbi proqramları xüsusiylə raket proqramlarını davam etdirəcək.