Fransada terrorçuluqda şübhəli bilinən iki adam saxlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i266188-fransada_terrorçuluqda_şübhəli_bilinən_iki_adam_saxlanılıb
Fransanın təhlükəsizlik qüvvələri ölkənin qərbində Marsey bölgəsində terrorçu əməliyyatda şübhəli bilinən iki nəfəri saxlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2017 13:07 Asia/Baku
  • Fransada terrorçuluqda şübhəli bilinən iki adam saxlanılıb
    Fransada terrorçuluqda şübhəli bilinən iki adam saxlanılıb

Fransanın təhlükəsizlik qüvvələri ölkənin qərbində Marsey bölgəsində terrorçu əməliyyatda şübhəli bilinən iki nəfəri saxlayıblar.

FransPress-in verdiyi məlumata görə, bu iki adam Fransa prezident seçkiləri zamanı təxribat törətməyi planlaşdırıbmışlar. 

Fransa son illərdə baş verən terror aktlarının ardınca fövqəladə təhlükəsizlik şəraitindədir və qarşıdan prezident seçkilərinin gəldiyini nəzərə alaraq ölkədə güclü təhlükəsizlik tədbirləri keçirilir. 

Fransada prezident seçkiləri cari miladi ili aprelin 23-də keçiriləcək. Namizədlərin heç biri səslərin əksəriyyətini qazana bilməzsə seçkilərin ikinci dövrü mayın yeddisində keçirilməli olacaq.