Apr 18, 2017 18:25 Asia/Baku
  • Şimali korea xəbərdarlıq etdi
    Şimali korea xəbərdarlıq etdi

Şimali Koreanın BMT-dəki nümayəndəsinin müavini Kim İn Rionq dünən Amerikanın ölkəsinə qarşı düşmən movqelərinə cavab olaraq mətbuat konfransında etdiyi çıxışında atom müharibəsinin başlanması ehtimalı barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Kim İn Riyonq deyib: Təhlükəli durum yaranıb və nüvə müharibəsi hər an baş verə bilər və bu beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdiddir.

Bu məlumata görə, Şimali Koreanın BMT-dəki nümyəndəsinin müavinin xəbərdarlıqı, ABŞ prezidentinin müavini Mayk Penesin Seula səfəri zamanı səsləndirdiyi sərt açıqlamalardan sonra bildirilir. 

Mayk Penes iki korea arasında bufer zonasına baxış keçirərkən Pxenyana xəbərdarlıq etdi və Amerikanın strateji səbrinin tükəndiyini dedi.

 

Teqlər