Apr 19, 2017 12:16 Asia/Baku
  • Ərdoğan: Referendumda qələbə, diktaturaya gətirib çıxarmayacaq
    Ərdoğan: Referendumda qələbə, diktaturaya gətirib çıxarmayacaq

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkədə konstitusiyaya dəyişiklik üzrə referendumdan sonra verdiyi ilk müsahibəsində deyib ki, referendumda qələbə mühüm uğurdur və rəqibin oyunu hansı nəticə ilə udmasının əhəmiyyəti yoxdur.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən CNN telekanalı ilə müsahibədə bəzi analitiklərin "parlament sisteminin prezidentlik üsul-idarəsinə dəyişməsi Türkiyədə diktaturanın yaranmasına zəmin yarada bilər" kimi ifadələrini rədd edərək, deyib: Diktaturanın olduğu bir yerdə daha prezidentlik üsul-idarəsinə də ehtiyac yoxdur.

Türkiyə prezidenti Avropa ölkələrinin Ankara qarşısındakı siyasətlərini tənqid edərək, söyləyib ki, ölkəsi Avropa Birliyinin bütün şərtlərinə əməl etməyə çox çalışdı, amma Avropa Birliyi öz vədlərinə əməl etmədi.

Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendumun nəticələrinə əsasən, bu ölkə xalqı 51,4% səslə bu referenduma "bəli" dedi.

Teqlər