Apr 19, 2017 20:55 Asia/Baku
  • Türkiyə polisi İstanbulda bir qrup müxalifi həbs edib
    Türkiyə polisi İstanbulda bir qrup müxalifi həbs edib

İstanbul polisi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın ixtiyarlarını artıran son referendumun nəticələrinə etiaz edən bir neçə solçu fəalı həbs edib.

Frans-Press-in məlumatına əsasən, müxaliflərin iddiasına görə, qanun pozuntularının baş verdiyi son referendumdan sonra Ərdoğanla müxalif olan İstanbul məhəllərində hər gün aksiyalar keçirilməkdədir.

Parlamentdə nümayəndəyə malik olmayan solçu Həmrəylik və Azadlıq Partiyası bildirib ki, polis bu günün ilk saatlarında bu partiyanın İstanbul qolunun sədri olan Məsud Gəçgəli xalqı təhrik etmək ittihamı ilə həbs edib. Gəçgəl "bəli" səslərinin qanunsuz olduğunu iddia edibdir.

Solçu Bir Gün qəzeti və müxaliflərin T-24 vebsaytı da bildiribdir ki, indiyədək azı beş fəal həbs olunub və bütövlükdə 38 nəfərin həbsi barədə hökm çıxarılıbdır.

Məlumatlara görə, həbs olunmuş şəxslər hazırda polisin İstanbulun mərkəzində yerləşən qərargahında istintaq olunurlar.

Teqlər