Fransa polisi Paris hadisəsi amilinin cani olduğunu bildirib
https://azeri.sahartv.ir/news/dünya-i266618-fransa_polisi_paris_hadisəsi_amilinin_cani_olduğunu_bildirib
Fransa polisi Parisin mərkəzində həyata keçirilmiş terror hücumu amili barədə bəzi məlumatlar yayaraq, onun cinayət keçmişindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2017 06:06 Asia/Baku
  • Fransa polisi Paris hadisəsi amilinin cani olduğunu bildirib

Fransa polisi Parisin mərkəzində həyata keçirilmiş terror hücumu amili barədə bəzi məlumatlar yayaraq, onun cinayət keçmişindən xəbər verib.

Qardian qəzetinin məlumatına görə, Fransa polisi bildirib ki, özünün də öldüyü cümə axşamı günü gecə Parisdə törədilmiş terror hücumunun amili iki polis məmuru daxil olmaqla üç qətl törətmək üstündə 15 il həbsdə olmuş 39 yaşlı Kərim Çeurfi olub.

Fransa polisi sonra bildirib ki, bu qatil şəxs 2015-ci ildə şərti azadlığa buraxılmışdı.

Cümə günü axşam Parisin Şanzelize prospektində baş vermiş atışmada hücumçu şəxsdən əlavə, iki polis zabiti öldürülmüş və bir turist daxil olmaqla bir neçə nəfər də yaralanmışdı.

İŞİD terror qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürübdür.