Venesuelada müxalifətin etiraz aksiyası
-
Venesuelada müxalifətin etiraz aksiyası
Venesuela prezidenti Nikolas Madoro ilə müxalif olanlar şənbə günü əyinlərinə ağ paltar geyinərək, ötən 3 həftə ərzində müxaliflərin etiraz aksiyaları zamanı 20 nəfərin ölməsinə və yüzlərlə nəfərin yaralanmasına səbəb olan polis zorakılıqlarına etiraz olaraq, geniş aksiyaya başlayıblar.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, müxaliflərin etiraz aksiyası bu dəfə ölkənin əksər məntəqələrində və kilsələrin ətrafında keçirilib.
Venesuelanın sosialist hökuməti bundan öncə kilsələrin müxalifləri himayə etməsini tənqid etmişdi.
Müxaliflər vaxtından əvvəl seçkilərin keçirilməsi ilə bağlı tələblərinin gerçəkləşəcəyi zamana kimi aksiyaları davam etdirəcəklərini bildiriblər.
Şənbə günü səhər saatlarında Venesuelanın paytaxtı Karakasın bir çox məhəllələri yenidən qarşıdurma və toqquşmaların şahidi olub. Venesuela polisi müxalifləri dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan və dəyənəkdən istifadə edib.
Cümə gününə kimi Venesuelada müxaliflər ilə polis arasında çıxan toqquşmalarda ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.
Venesuela Daxili İşlər Nazirliyi Karakasda çıxan toqquşmalarda daha 12 nəfərin həyatını itirməsi xəbərini təsdiq edib.
Venesuelada hökumət əleyhinə etirazlar səngimədən davam edir. Müxaliflər prezident Nikolas Madoronun istefa verməsini istəyirlər. Hökumət isə müxaliflər ilə müzakirəyə getməyə çalışır.
Venesuela prezidenti ABŞ və sağçı partiyaları ölkədəki gərginliyin əsas amili hesab edir.