Apr 23, 2017 11:27 Asia/Baku
  • Amerikada Tramp əleyhinə aksiya
    Amerikada Tramp əleyhinə aksiya

40 mindən çox amerikalı o cümlədən alimlər ABŞ prezidentinin iqlim dəyişiklikləri ilə bağlı siyasətlərinə etiraz olaraq Vaşinqtonda aksiya keçirib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın siyasətlərinə qarşı çıxan insanların bu etiraz aksiyası Ağ Ev önündə, Konqres binası qarşısında və Ekologiya Nazirliyinin binası önündə keçirilib.

Bu etiraz aksiyası Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən illik iclası ilə bir vaxtda keçirilib.

Aksiya iştirakçıları "Az təcavüz edin və təlim-tərbiyə ilə məşğul olun", "Tramp və Pens faşistdirlər" şüarları verərək, ABŞ hökumətinin militarist siyasətlərinə qarşı çıxıblar.

Teqlər