Apr 23, 2017 20:56 Asia/Baku
  • BMT xəbərdarlıq etdi
    BMT xəbərdarlıq etdi

ABŞ-ın BMT-ni bu təşkilata maliyyə yardımlarını dayandırması ilə təhdid etməsinin ardınca, BMT baş katibi baş verə biləcək facilər barədə xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurasının İsrail rejiminin qanunsuz şəhərsalma siyasətinə qarşı qətnamə qəbul etməsi və Amerikada Trampın hakimiyyətə gəlməsinin ardınca Vaşinqton BMT-yə maliyə yardımlarını dayandıracağını bildirib. Bundan narahat olan BMT baş katibi bəzi məsələlərə aydınlıq gətirmək üçün Ağ Evə yollanıb.

Birləşmiş Millətlər Təşkilatının binası  Nyu-Yorkun Manhatten məntəqəsində yerləşir və 1947-ci il anlaşmasına əsasən BMT-nin baş qərargahı Amerikada yerləşməlidir.

İndi Konqres “ABŞ İqtidarının Bərpası” adlı bir qanun layihəsi hazırlayır.

Tramp isə bu layihəni himayə edir. ABŞ prezidenti deyir: BMT əyləncə mərkəzinə çevrilib və buna düzəliş etmək üçün ciddi addımlar atılmalıdır.

Donald Tramp: “BMT-nin demokratiya və azadlıq ilə heç bir dostluq əlaqəsinə malik deyil. İsrail ilə də dostluq münasibətlərinə malik deyil. Ölkəmizdə yerləşməsinə baxmayaraq, bizimlə də dostluq əlaqələrinə malik deyil.”

Amma, BMT-nin baş katibi Antonio Quterreş bu təşkilatın büdcəsinin 20%-ni təşkil edən ABŞ-ın maliyyə yardımlarının kəsilməsi ehtimalından narahat olaraq, bu yardımların kəsiləcəyi təqdirdə nə kimi bir hadisənin baş verəcəyi barədə izahat vermək üçün Ağ Evə gedib. Nə baş verəcəyini BMT-nin humanitar məsələlər üzrə koordinatoru Stefan O’Brayan belə şərh edir:

“Biz BMT tarixində çox böhranlı bir vəziyyət ilə üz-üzəyik. 4 ölkədə 20 milyondan çox insan aclıq və qıtlıqdan əziyyət çəkir.”

Arxasında ABŞ-ın barmağı olan müharibələr humanitar yardımlara ehtiyacı daha da artırıb. Belə bir şəraitdə Təhlükəsizlik Şurasının üzvləri sabah Vaşinqtona gedəcəklər.

 

Teqlər