Apr 25, 2017 11:25 Asia/Baku
  • Ş.Koreya ordusunun təşkilinin ildönümü qeyd olunub
    Ş.Koreya ordusunun təşkilinin ildönümü qeyd olunub

Şimali Koreya bu ölkə ordusunun yaradılmasının 85-ci ildönümü gününü ABŞ-ın xəbərdarlıqları ilə qeyd edib. Pxenyan Ağ Evə xəbərdarlıq edibdir ki, siyasi və ya hərbi təslimdən birini seçməlidir.

IRNA-nın məlumatına görə, Amerika və Cənubi Koreyanın rəsmiləri və mediaları son günlər məhz bu gündə Şimali Koreyanın altıncı nüvə sınağının keçiriləcəyindən xəbər vemişdilər.

Şimali Koreyada hakim əmək partiyasının mətbuat orqanı olan "Rudunq Sinmon" qəzeti bu gün yazıb ki, Şimali Koreya ABŞ və onun müttəfiqlərilə qarşılaşmaq üçün hər cəhətdən hazırdır. Şimali Koreyanın ordusu və xalqı təcavüzkarları darmadağın etmək üçün quru, hava və dənizdən ABŞ-a hücum etməyə hazırdır.

Şimali Koreyanın müdafiə naziri Pak Yun Si də deyibdir ki, əgər Amerika bir belə xəbərdarlıqla yenə də hücum və təcavüz niyyətində olmuş olarsa, biz onu məhv etməyə hazırıq.

Şimali Koreya habelə ordu günü münasibətilə bu gün "Vun San" bölgəsi yaxınlığında özünün ən böyük artilleriya və raket manevrini keçiribdir. Şimali Koreyanın rəhbəri Kim Çen In yaxından manevrə nəzarət edibdir.

Teqlər