Apr 25, 2017 12:13 Asia/Baku
  • ABŞ və C.Koreyanın birgə manevri başlanıb
    ABŞ və C.Koreyanın birgə manevri başlanıb

Cənubi Koreyanın dəniz qüvvələri bu gün Sarı dənizdə Amerika ilə birgə manevrin keçirilməsindən xəbər verib.

YUNHAP xəbər agentliyinin məlumatına görə, bu manevr iki ölkənin Şimali Koreya qarşısındakı birliyini göstərmək məqsədilə keçirilir. Bu manevrdə ABŞ-ın dəniz qüvvələrinin "Wayne E. Meyer" raketatan esminesi və Cənubi Koreyanın 4400 tonluq "Wanggeon" esminesi iştirak edirlər.

Cənubi Koreya və Amerika aprelin sonlarında Şərqi Çin dənizində də digər bir manevr keçirməlidirlər. Həmin manevrdə ABŞ-ın "Karl Winson" aviadaşıyısı da iştirak edəcəkdir. 

Teqlər