Apr 25, 2017 12:14 Asia/Baku
  • İran C.Koreyaya ikinci neft ixracatçısıdır
    İran C.Koreyaya ikinci neft ixracatçısıdır

Cənubi Koreya bildirib ki, İran cari milad ilinin birinci rübündə ilk dəfə olaraq bu ölkəyə neft ixrac edən ikinci ölkəyə çevrilə bilibdir.

IRNA xəbər verir: Cənubi Koreyanın baş gömrük idarəsi bu gün bildirib ki, bu ölkənin İrandan neft idxalatı təkcə bu ilin mart ayında ötən ilin oxşar dövrü ilə müqayisədə ikiqat artaraq, ayda 18 milyon 540 min barelə, basqa sözlə, gündə 597 min 935 barelə çatıb.

Cənubi Koreyanın baş gömrük idarəsi həmçinin qeyd edib ki, İran cari milad ilinin yanvar və mart ayları arasında bu ölkəyə qabaqkı ilin göstəricisindən ikiqatdan da çox olan 46 milyon 730 min barel neft sataraq, Cənubi Koreyaya neft ixrac edən ikinci ölkəyə çevrilə bilibdir.

Statistikalar göstərir ki, Cənubi Koreya dünyada beşinci ən böyük neft idxal edən ölkə sayılır. Belə ki, bu ölkə cari milad ilinin birinci rübündə 278 milyon 180 min barel neft idxal edibdir ki, öncəki ilin oxşar müddətinin 4,9 faiz çox olubdur.

Teqlər