Ərdoğan Türkiyənin İraq və Suriyaya hava hücumlarını müdafiə edib
https://azeri.sahartv.ir/news/dünya-i267082-Ərdoğan_türkiyənin_İraq_və_suriyaya_hava_hücumlarını_müdafiə_edib
Türkiyə prezidenti deyib: Türkiyə Amerika, Rusiya və İraq Kürdüstanına İraq və Suriyaya hava hücumları barədə öncədən məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2017 05:47 Asia/Baku
  • Ərdoğan Türkiyənin İraq və Suriyaya hava hücumlarını müdafiə edib
    Ərdoğan Türkiyənin İraq və Suriyaya hava hücumlarını müdafiə edib

Türkiyə prezidenti deyib: Türkiyə Amerika, Rusiya və İraq Kürdüstanına İraq və Suriyaya hava hücumları barədə öncədən məlumat verib.

Amerikanın Dövlət Departamentinin sözçüsü Mark Tuner isə bildirib ki, Vaşinqton Türkiyənin ABŞ-ın Suriya və İraqdakı kürd müttəfiqlərinin mövqelərinə qarşı hücumundan nigarandır. 

Kürd yaraqlıların bildirdiklərinə görə bazar ertəsi və çərşənbə axşamı Türkiyənin Suriya və İraqdakı kürdlərin mövqelərinə qarşı hava hücumlarında 20 kürd yaraqlısı ölüb.

İRİB-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün Röyters xəbər agentliyinə verdiyi müsahibədə deyib: Türkiyənin Səncara və Suriyanın şimalına qarşı hava hücumları sonuncu terrorçunun məhv edilməsinədək davam etdiriləcək. 

Ərdoğan deyib: Türkiyə İraqın Səncar şəhərinin PKK qərargahına çevrilməsinə imkan verməyəcək. 

Türkiyə prezidenti həmçinin bildirib ki, Rusiya, Amerika, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Qətər Suriya böhranının həlli istiqamətində fəal rola malikdirlər. 

Ərdoğan eyni zamanda iddia edib ki, Suriya böhranı üçün həll yolu tapılması, Bəşar Əsədin hakimiyyətdə qalacağı təqdirdə mümkün deyil və ilk növbədə bu ölkəni Bəşar Əsəddən azad etmək sonra siyasi həll yolunu düşünmək lazımdır.