Apr 27, 2017 09:38 Asia/Baku
  • Türkiyənin baş naziri Binali Yıldırım
    Türkiyənin baş naziri Binali Yıldırım

Binali Yıldırım: Türkiyə tezliklə Avropa Birliyinə qoşulmaqla bağlı yeni referendum keçirəcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Binali Yıldırım çərşənbə axşamı mətbuat konfransında deyib: Avropa Birliyi Türkiyə ilə bağlı baxışlarına aydınlıq gətirməli və Ankaranın baxışlarını da diqqətə almalıdır. 

Binali Yıldırım Türkiyənin Avropa Birliyindən nə istədiyinin tam şəffaflığa malik olduğunu bildirib və Avropa Birliyindən Türkiyənin ya bu birliyə qəbul edilməsi ya da, bu birliyə qəbul edilməsi üzrə istəyin ləğv edilməsi barədə qəti və aydın qərar qəbul etməsini istəyib. 

Türkiyə baş naziri həmçinin, Avropa Şurası Parlament Assambleyasının Türkiyənin adının siyasi sınaq mərhələsinə qaytarılması ilə bağlı qərarına reaksiya olaraq, bunu "siyasi addım" adlandırıb. 

Avropa Şurası Parlament Assambleyası 2004-cü ildənə sonrakı dövrdə Türkiyədə insan haqlarının pozulması adlandırdığı məsələni bəhanə edərək, bu ölkədəki siyasi prosesləri nəzarət altına alıb. 

Avropa Şurası Parlament Assambleyası çərşənbə axşamı 113 lehinə və 45 əleyhinə səslə Türkiyənin adını yenidən siyasi sınaq siyahısına geri qaytarıb. Bu qərar Türkiyənin Avropa Birliyinə üzvlüyünə mənfi təsir buraxan addım sayılır. 

Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdinin ardınca bu ölkənin Avropa Birliyinə üzvlüyü məsələsi də qaranlıq bir dövrə daxil olub. 

Teqlər